27 
Sen
2020
19:10
693
65
3691
Virtual karabakh

Azərbaycan XİN beynəlxalq ictimaiyyəti Ermənistanın şovinist addımlarını pisləməyə çağırdı

27 Sen, 2020
19:10
3691

Azərbaycan XİN beynəlxalq ictimaiyyəti Ermənistanın şovinist addımlarını pisləməyə çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğalçı Ermənistanın silahlı qüvvələrinin baş qərargah rəisi bu gün verdiyi açıqlamasında Azərbaycan xalqının ünvanına nifrət məzmunlu irqçi ifadələr işlədib. Bu bəyanat Ermənistanda işğalçılıq, etnik nifrət və Azərbaycanafobiyanın dövlət siyasəti olduğunun bariz göstəricisidir”.

Bununla bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin açıqlamasına dair şərhində deyilir.

Onun sözlərinə görə, XXI əsrdə digər xalqlar haqqında belə fikirlər səsləndirilməsi Ermənistan rəsmilərinin nə qədər sivilizasiyadan uzaq olduğunu nümayiş etdirir:

“Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri