27 
Sen
2020
19:29
840
78
9765
Virtual karabakh

Ermənistan silahlı qüvvələrinin cəbhədə xain hücumu ilə bağlı Azərbaycan gənclərinin bəyanatı

27 Sen, 2020
19:29
9765

Ermənistan silahlı qüvvələrinin cəbhədə xain hücumu ilə bağlı Azərbaycan gənclərinin bəyanatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin aparıcı gənclər təşkilatlarını və on minlərlə gənci ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində mülki əhali arasında itkilərlə nəticələn növbəti təxribatı ilə bağlı aşağıdakıları bəyan edir:   

1. Bu təxribatları Azərbaycanın ərazi bütövlüyünə yeni təhdid kimi qiymətləndirir və sərt şəkildə qınayırıq. 

2. Düşmənin bu təxribatına milli ordumuz böyük rəşadət nümayiş etdirərək sarsıdıcı cavab verib, ağır itkilər verən Ermənistan silahlı birləşmələrinin həmləsi qətiyyətlə dəf edilib. Ali Baş Komandanımızın qəti iradəsi, zabitlərimizin peşəkarlığı, əsgərlər arasında hökm sürən ruh yüksəkliyi və hərbi birləşmələrimizin gücü növbəti dəfə Azərbaycan əsgərinin, Ordusunun və dövlətinin düşmən üzərindəki tam üstünlüyünü nümayiş etdirib.

3. Azərbaycan gəncləri səngərdə torpaqlarımızı, mülki əhali və infrastrukturu müdafiə edən, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəyə daim hazır olan ordumuza dəstək verir və onlarla həmrəylik ifadə edir. 

4. Beynəlxalq ictimaiyyəti münaqişənin həllinə zərbə vuran və yeni təhdidləri ortaya çıxaran bu kimi təxribatlara düzgün hüquqi-siyasi qiymət verməyə, Ermənistanı təcavüzkar siyasətini dayandırmağa məcbur edəcək addımlar atmağa çağırırıq.

5. Ermənistanın ölkəmizə qarşı artıq 30 ildir davam edən işğal və hərbi təcavüz siyasətinin regionda sülhə, sabitliyə və inkişafa qarşı ən böyük təhdid olduğunu bir daha vurğulayır və işğalı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün bütün cəmiyyəti fəal olmağa dəvət edirik.

6. Bütün beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa Şurasına (AŞ), Avropa İttifaqına (Aİ) və digərlərinə müraciət edərək, Ermənistan hökumətinin beynəlxalq öhdəliklərinə və beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə riayət etməsi üçün tədbirlər görməyə çağırırıq.

7. Hazırkı həssas məqamda vətəndaşlarımızı ayıq-sayıq olmağa, hərbi məsələlərlə bağlı hər hansı informasiya yaymamağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq.
Biz, Azərbaycan gəncləri vətən torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq və Ali Baş Komandanımızın əmri ilə hər an müzəffər ordumuzun sıralarına qoşulmağa hazırıq!

Şəhidlər ölməz, vətən bölünməz!

Qarabağ Azərbaycandır!

Biz birlikdə güclüyük!

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri