30 
Sen
2020
11:03
975
22
4786
Virtual karabakh

“Azərbaycan əsgəri, biz səninləyik” şüarı altında “Soliton LTD” MMC-dən Azərbaycan Ordusuna dəstək!

Azərbaycanın ən böyük şəbəkə mağazalarından biri olan Soliton Mağazalar Şəbəkəsi dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək üçün  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Azərbaycan Ordusu hərbi potensiala, maddi-texniki təchizata və güclü döyüş qabiliyyətinə malikdir. Bu gücə güc qataraq dəstək məqsədli yaradılan qanvermə aksiyasında da öz dəstəyini əsirgəmir. Şirkət qan rezervlərinin təmin olunması məqsədi ilə əməkdaşlarını könüllü olaraq bu aksiyaya cəlb edir.

Eyni zamanda “Soliton” əməkdaşları da torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşulub. Soliton əməkdaşlarına və bütün hərbçilərimizə uğurlar arzulayırıq! 

İndi biz daha güclüyük və inanırıq ki, zəfər bizim olacaq!  

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri