30 
Sen
2020
17:30
1235
22
4242
Virtual karabakh

“ScanEX” Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub

30 Sen, 2020
17:30
4242

“ScanEX” Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın nəqliyyat və logistika şirkəti “ScanEX Enterprises Limited” Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub.

Şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə Ordumuzun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Qeyd edək ki, “ScanEX Enterprises Limited” daha əvvəl də ölkədə pandemiya ilə mübarizə üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait köçürmüşdü.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri