30 
Sen
2020
18:09
1638
72
18239
Virtual karabakh

ƏƏSMN-nin 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salındı

30 Sen, 2020
18:09
18239

ƏƏSMN-nin 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan və ehtiyatda olan hərbi vəzifəlilər tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanıb. 

Nazirlikdən bildirilib ki, sərəncama uyğun olaraq, Nazirlik sistemindən 66 əməkdaş ehtiyatda olan hərbi vəzifəlilər kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən səfərbərlik üzrə hərbi hissələrə yola salınıblar. 

Onlar işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən Ordumuzun sıralarına qoşulmaqdan şərəf və qürur hissi keçirdiklərini  vurğulayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri