Okt
2020
11:18
2678
77
9240
Virtual karabakh

Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyur

1 Okt, 2020
11:18
9240

Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2020-ci il hesabatında da Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb.

Bu barədə “Xalq qəzetinə” müsahibəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini- Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev məlumat verib.

Onun sözlərinə görə, bu, prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu strategiyasının və onun əsasında bu sahədə həyata keçirilən köklü islahatların nəticəsidir:

“Kompleks tədbirlərin nəticəsi olaraq silahlı qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilmiş, arsenalı ən müasir silahsursat və hərbi texnika ilə zənginləşdirilmiş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmış, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır”.

Təsadüfi deyil ki, ötən illərdə olduğu kimi bu il də “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2020-ci il hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri