Okt
2020
16:04
1098
53
7441
Virtual karabakh

Azərbaycan HHQ-nin döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb - RƏSMİ

1 Okt, 2020
16:04
7441

Azərbaycan HHQ-nin döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus üç təyyarə, iki helikopter və altı PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat yayıb:

“Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi, ümumiyyətlə, havaya qalxmayıb. HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.

Görünən odur ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri