Okt
2020
16:46
1607
37
3141
Virtual karabakh

Ramil Quliyev: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”

1 Okt, 2020
16:46
3141

Ramil Quliyev: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə Azərbaycan mənşəli atlet Ramil Quliyev Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı açıqlamalar verib.

Fotomac.com xəbər verir ki, 30 yaşlı idmançı Azərbaycan torpaqlarının 20 faizini əhatə edən Qarabağın 30 ildir Ermənistanın işğalı altında olduğunu xatırladıb:

“Biz azərbaycanlılar 30 ildir torpaqlarımızı geri qaytarmaq həsrəti ilə yaşayırıq. İndi ən təbii haqqımız olan müdafiə haqqımızdan istifadə edərək təcavüz altında olan torpaqlarımızı işğaldan azad edirik. Bu mübarizə haqq mübarizəsidir, bu yol haqq yoludur. İnşallah, bu yolun sonunda ölkəmizi qələbə gözləyir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə-Azərbaycan”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri