Okt
2020
14:38
1821
41
7856
Virtual karabakh

Hülusi Akar: “Atəşkəs çağırışları səmimi deyil”

2 Okt, 2020
14:38
7856

Hülusi Akar: “Atəşkəs çağırışları səmimi deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Qarabağda atəşkəs təklif edənlərin səmimi və inandırıcı olmadığını deyib.

“Haber Global” məlumat verir ki, o, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) prezidentlərinin Ermənistan-Azərbaycan münaqişə zonasında atəşkəs çağırışını şərh edərkən bildirib:

“İllərdir Azərbaycanın haqlı olduğu Qarabağ məsələsinə həll yolu təklif etməyənlərin atəşkəs çağırışları səmimi və inandırıcı deyil”.

H.Akar sona qədər Türkiyənin Azərbaycanın yanında olacağını açıqlayıb:

“Can qardaşlarımızın haqlı olduğu, öz torpaqlarını qaytarmaq uğrunda mübarizəsində sonadək yanlarında olmağa davam edəcəyik”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri