Okt
2020
14:47
835
30
2055
Virtual karabakh

Deputat: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik funksiyasını yerinə yetirmir”

3 Okt, 2020
14:47
2055

Deputat: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik funksiyasını yerinə yetirmir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vasitəçilik mühüm beynəlxalq-hüquqi alət kimi ilk dəfə olaraq 1899 və 1907-ci il tarixli “Beynəlxalq toqquşmaların dinc həlli barədə” Haaqa Konvensiyalarında təsbit edilərək, sonradan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VI fəslinin 33-cü maddəsində öz əksini tapıb. Belə bir missiyanı öz üzərinə götürən beynəlxalq təşkilat, dövlətlər qrupu və ya fərdi dövlət ilk növbədə beynəlxalq hüquqdan irəli dövlət suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqillik prinsiplərini rəhbər tutmalıdır.

22 iyun 2011-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən “Münaqişələrin qarşısının alınması və həlli, mübahisələrin dinc yollarla tənzimlənməsində vasitəçiliyin rolunun möhkəmləndirilməsi” adli Qətnamənin Preambulasının 2-ci bəndində qeyd edilən və böyük önəm daşıyan məqama birbaşa istinad edilir.

Vasitəçiliyin həyata keçirilməsində ikinci mühüm yanaşma bu cür məsuliyyətli işi öz üzərinə götürən dövlətin neytrallığı və tərəfsizliyidir. Silahlı münaqişələrin həllini ehtiva edən fəaliyyətdə vasitəçi-dövlət danışıqlar və nizamlanma prosesində heç bir tərəfə üstünlük verməməli, onun obyektivliyini və qərəzsizliyini şübhə altına alan bəyanatlarla, çağırışlarla çıxış etməməlidir.

Fransa prezidenti Makronun sentyabrın 30-da Azərbaycan Respublikasının qüvvədə olan beynəlxalq hüquq normaları və prinsiplərindən irəli gələn, BMT Nizamnaməsinin 51-ci maddəsində birmənalı olaraq təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, işğalçı Ermənistanın silahlı qüvvələrinə qarşı həyata keçirdiyi kontr-hücum əməliyyatı və yaranmış vəziyyətlə bağlı məsələlərə birtərəfli, qərəzli və ermənipərəst bəyanatı Fransanın ATƏT-in Minsk Qrupunda həmsədr rolunu nəinki sual altına alir, ümumiyyətlə, onu istisna edir.

Fransa rəhbərliyinin təcavüzkara açıq-aşkar dəstək verməsi yüz illərdən bəri beynəlxalq münasibətlərdə formalaşan vasitəçilik missiyası ilə ziddiyyət təşkil etməklə yanaşı, fransız tərəfinin həmsədrlikdən uzaqlaşdırılmasını tələb edir.

Fransa prezidenti Makron unudur ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü təsdiq edən, işğalçı erməni qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasinin Dağlıq Qarabağla əlaqədar hər dörd Qətnaməsi yekdilliklə qəbul edilib və bu sənədləri Fransa təmsilçisi dəstəkləyib.

ATƏT-in Minsk Qrupunun üzv-dövlətləri bilməlidirlər ki, Azərbaycanın öz ərazisi daxilində apardığı mübarizə Vətən Müharibəsidir, xalqımızın əzəli və əbədi torpaqlarının mənfur düşməndən tamamilə təmizlənməsi məqsədinə xidmət edir və Dağlıq Qarabağda ədalətin və beynəlxalq hüququn bərqərar olmasına gətirib çıxaracaq. 

Nizami Səfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri