Okt
2020
15:33
457
23
2443
Virtual karabakh

“ORN group” tikinti şirkətindən Silahlı Qüvvələrə Dəstək Fonduna ianə

Bildiyimiz kimi, sentyabr ayının 27-də səhər saat 06:00-da düşmən bütün cəbhə boyu yeni və iyrənc hərbi təxribat törədib. Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələri, mülki əhali atəşə tutulur. Ağır döyüşlər gedir.

Qəhrəman Azərbaycan Ordusu, igid əsgərlərimiz düşmənin xain təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinin mövqelərinə ağır, sarsıdıcı zərbələr endirir.

“ORN group” tikinti şirkəti ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparan ordumuza dəstək aksiyasına qoşulub, Silahlı Qüvvələrə Dəstək Fonduna 10 min manat məbləğində ianə edib.

Xalqımız Prezidentini və Ordusunu dəstəkləyir! Biz Azərbaycan Ordusu ilə fəxr edirik”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri