Okt
2020
13:36
719
57
2655
Virtual karabakh

Türkiyə Milli Müdafiə Nazirliyi: “Ermənistan insanlığa qarşı cinayətlər törətməyə davam edir!”

9 Okt, 2020
13:36
2655

Türkiyə Milli Müdafiə Nazirliyi: “Ermənistan insanlığa qarşı cinayətlər törətməyə davam edir!”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşları hədəfə alan hücumlarını “Twitter” hesabında şərh edib.

Müdafiə qurumunun işğalçı ordunun insanlığa qarşı cinayətlərindən bəhs edən paylaşımına dinc əhalinin evlərinə və infrastruktura dəyən zərərin görüntüləri ilə bağlı fotolar da əlavə olunub.

“Məkrli plan arxasınca düşən Ermənistan Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Füzuli kimi  mülki yaşayış yerlərini hədəfə alır. Müharibəni Qarabağdan kənarda yerləşən mülki yaşayış məntəqələrinə daşımağa çalışan Ermənistan insanlığa qarşı cinayətlər törətməyə davam edir!”, - deyə tvitdə vurğulanıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri