10 
Okt
2020
19:38
3970
80
30199
Virtual karabakh

Bölmələrimiz düşməni tələyə salaraq darmadağın edib: 38 nəfər canlı qüvvə və xeyli texnika məhv edilib - RƏSMİ

10 Okt, 2020
19:38
30199

Bölmələrimiz düşməni tələyə salaraq darmadağın edib: 38 nəfər canlı qüvvə və xeyli texnika məhv edilib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.

Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu iki yük maşını məhv edilib.

Qoşunlarımız hazırda bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri