11 
Okt
2020
14:54
1001
38
2152
Virtual karabakh

Hikmət Hacıyev: Atəşkəs məsələsində vasitəçilik edən təşkilatlar Ermənistanın hərəkətlərinə qiymət verməlidir

11 Okt, 2020
14:54
2152

Hikmət Hacıyev: Atəşkəs məsələsində vasitəçilik edən təşkilatlar Ermənistanın hərəkətlərinə qiymət verməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan hökuməti bir tərəfdən humanitar atəşkəsdən danışır, digər tərəfdən Azərbaycanın mülki əhalisinə qarşı hücuma keçir”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə baş verən erməni təxribatı ilə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı beynəlxalq ictimayyət özü qiymət verməlidir:

“Dünən humanitar atəşkəs adı altında Azərbaycan silahlı qüvvələrinin nümayəndələri Madagiz istiqamətindən ermənilərin cəsədlərini toplayıb, təhvil vermək istəyəndə onlar atəşə tuturlar. Bu nədən xəbər verir? Atəşkəs istiqamətində vasitəçilik edən təşkilatlar buna qiymət verməlidir”.

“Azərbaycan öz hüquqlarını özündə saxlayır ki, silahlı qüvvələrimizə və mülki əhaliyə hücumlar olduğu təqdirdə legitim hərbi hərəkətlərlə tədbirlər görmək iqtidarındadır. Bu hüquq tam biz məxsusdur”, - deyə H.Hacıyev qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri