13 
Okt
2020
19:10
728
49
6589
Virtual karabakh

Beynəlxalq təşkilatlar MOK-un Ermənistanın Azərbaycana hərbi təxribatı ilə bağlı müraciətinə reaksiya verdi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar MOK-un sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı və bundan sonra, Azərbaycanın başlatdığı əks-hücum əməliyyatı haqqında rəsmi müraciətinə münasibət bildirib.

MOK-un əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistan arasındakı vəziyyətin, tezliklə siyasi və hökümət səviyyəsində sülh yolu ilə ədalətli həllinin tapılacağına ümid etdiklərini vurğulayıblar.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, Milli Olimpiya Komitələrinin Assosiasiyası, İslam Həmrəyliyi İdman federasiyasının rəhbər şəxslərinə 1 oktyabr tarixində müraciət ünvanlayıb.

Müraciətdə Ermənistan hökumətinin 26 ildən artıq müddətdə davam edən sülh danışıqlarını kobudcasına pozması, son illərdə Azərbaycan xalqına və dövlətinə qarşı təxribatların törədilməsi, sentyabrın 27-dən başlayaraq işğal olunmuş Azərbaycan əraziləri ilə həmsərhəd bölgələrdə atəşkəs rejiminin kobud şəkildə pozulması, o cümlədən yaşayış ərazilərinin Ermənistan hərbi qüvvələri tərəfindən ağır artilleriya atəşi və raket hücumuna məruz qalması qeyd olunur. Mövcud beynəlxalq hüquq və prinsiplərə zidd olan bu təcavüz nəticəsində Azərbaycan tərəfindən qadınlar, qocalar və uşaqlar da olmaqla mülki şəxslərin, o cümlədən idmançıların həlak olduğu bildirilib.

Müraciətdə bildirilib ki, Erməni hökumətinin beynəlxalq prinsiplər və Olimpizm dəyərlərinə zidd olan bu hərəkəti Azərbaycan idman ictimaiyyəti arasında kəskin etiraza səbəb olub. Ermənistan tərəfinin insanlıq əleyhinə yönəlmiş bu kimi təcavüzkar hərəkətləri pislənən müraciətdə, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün, Azərbaycanın beynəlxalq hüquq və prinsiplər çərçivəsində haqlı mövqeyini dəstəkləməyə çağrılır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri