14 
Okt
2020
10:36
914
17
2475
Virtual karabakh

Elçin Əmirbəyov: “Gəncəyə raket hücumu bəşəriyyətə qarşı cinayətdir”

14 Okt, 2020
10:36
2475

Elçin Əmirbəyov: “Gəncəyə raket hücumu bəşəriyyətə qarşı cinayətdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov “Əl-Ərəbiyyə” televiziya kanalına verdiyi müsahibədə Türkiyə və Azərbaycan tərəfindən Yaxın Şərqdən muzdluların, cihadçıların cəlb edilməsi ilə bağlı iddiaları bir daha təkzib edərək, bu şayiələri yalan, heç bir əsası olmayan və dünya ictimai fikrini qəsdən yanıldan adlandırıb.

Ermənistanın PKK-dan və Kürd Vətən İttifaqından minlərlə terrorçunu, həmçinin bir sıra Avropa ölkələrinin, ABŞ-ın və Yaxın Şərqin vətəndaşı olan erməni əsilli muzdlu və silahlıları cəlb etdiyini bildirən E.Əmirbəyov Azərbaycana qarşı yenidən ikili standartların tətbiq edildiyini vurğulayıb və onların günahı başqasının boynuna atmaq cəhdinin göz qabağında olduğunu bildirib.

“Azərbaycanı ittiham edən tərəflərdən heç biri, yuxarıda göstərilən iftiraları təsdiqləyən ən azı bəzi dəlillər təqdim etmədilər, necə ki, açıq-aydın yalanlara görə üzr istəmək üçün özlərində cəsarət tapmadılar”, - deyə o, vurğulayıb.

Atəşkəs barışıq perspektivlərinə gəldikdə, E.Əmirbəyov qeyd etdi ki, Bakı xoş niyyətini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdarlığını nümayiş edərək, Rusiya paytaxtındakı görüşdə iştirak etdi və Moskva bəyanatına qatıldı.

“Ermənistan isə danışıqlar masasına qayıtmaq və hərbi təcavüzünü dayandırmaq istəyinin, niyyətinin olmadığını bir daha nümayiş etdirdi. Üstəlik, öz ərazisindən Gəncə şəhərinin mülki əhalisini gecə xaincəsinə atəşə tutmaqla Ermənistan bəşəriyyətə qarşı cinayət və Azərbaycan xalqına qarşı da növbəti soyqırımı aktını törətdi. Mülki əhaliyə qarşı “Elbrus” (SKAD) qanadlı raketinin istifadəsi, 1949-cu il dördüncü Cenevrə Konvensiyasına görə, hərbi cinayətdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir”, - deyə diplomat vurğulayıb.

Birinci vitse-prezidentin köməkçisi vurğuladı ki, bu yolla Paşinyan beynəlxalq müharibə cinayətləri tribunalında Ermənistan rəhbərlərinin “gözləmə siyahısına” əlavə olundu.

"Və gec-tez o da sələfləri kimi ədalət qarşısına çıxacaq və çirkin cinayətlərinə görə cavab verəcək”, - deyə E.Əmirbəyov sözlərini yekunlaşdırıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri