14 
Okt
2020
15:35
903
26
2695
Virtual karabakh

Tomsk vilayəti Azərbaycan Diaspor Cəmiyyəti ordumuza 57 min manat ianə etdi

14 Okt, 2020
15:35
2695

Tomsk vilayəti Azərbaycan Diaspor Cəmiyyəti ordumuza 57 min manat ianə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tomsk vilayəti, Azərbaycan Diaspor Cəmiyyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə Ordumuza, onun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 57 min manat (2 milyon 612 min rubl) vəsait köçürüb.

Vurğulamaq lazımdır ki, ordumuza yardım davam edir və vəsaitin məbləğinin artacağı gözlənilir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Qarabağ Azərbaycandır!

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri