15 
Okt
2020
23:40
1767
84
13754
Virtual karabakh

Jonydən Qarabağa dəstək paylaşımı: “Hər zaman ölkəmin yanındayam” - FOTO

15 Okt, 2020
23:40
13754

Jonydən Qarabağa dəstək paylaşımı: “Hər zaman ölkəmin yanındayam” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) Qarabağa “Instagram” hesabından Qarabağa dəstək paylaşımı edib.

O, ərazilərin işğaldan azad olunduğunu eşitdikcə qürur hissi keçirdiyini bildirib:

“Salam, mənim dəyərli Azərbaycan xalqım. Bildiyiniz kimi, ölkəmizdə yaranmış vəziyyətlə bağlı paylaşımlar edib, bacardığım qədər ölkəmizin haqlı mübarizəsini dünyaya çatdırıb dəstəkləmişəm. Artıq 10 gündən artıqdır ki işimlə bağlı paylaşımlar etmirəm, hər nə qədər məcbur olsam da amma sənətimlə bağlı buna məcburam. Xalqımızdan xahişim məni başa düşmələridir, bu, mənim işimdir.

Hər qarış torpağımızın işğaldan azad olunduğu xəbərin eşitdikdə şiddətli sevinc hissi ilə yanaşı qürur hissi də yaşayıram ki, mən azərbaycanlıyam. Ümid edirəm ki, Ali Baş Komandanımızın rəhbərliyi altında işğal olunmuş ərazilərimiz tam azad olunacaq və Azəbaycanın ərazi bütövlüyü təmin ediləcək. Hər zaman ölkəmin yanındayam, Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbr diləyirəm.

Biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!!!”

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Salam mənim dəyərli Azərbaycan xalqım. Bildiyiniz kimi ölkəmizdə yaranmış vəziyyətlə bağlı paylaşımlar edib bacardığım qədər ölkəmizin haqlı mübarizəsini dünyaya çatdırıb dəstəkləmişəm. Artıq 10 gündən artığdırki işimlə bağlı paylaşımlar etmirəm hər nə qədər məcbur olsamda amma sənətimlə bağlı buna məcburam. Xalqımızdan xahişim məni başa düşmələridir , bu mənim işimdir. Hər qarış torpağımızın işğaldan azad olunduğu xəbərin eşitdikdə şiddətli sevinc hissi ilə yanaşı qürur hissidə yaşayıramki mən Azərbaycanlıyam. Ümüd edirəmki Ali Baş Komandanımızın rəhbərliyi altında işğal olunmuş ərazilərimiz tam azad olunacağ və Azəbaycanın ərazi bütövlüyü təmin ediləcək. Hər zaman ölkəmin yanındayam, Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbr diləyirəm. Biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!!!🇦🇿

A post shared by JONY (@jony.me) on

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri