17 
Okt
2020
15:18
1478
27
2326
Virtual karabakh

Gəncədə törədilən terror hadisəsi Latviyada pislənir

17 Okt, 2020
15:18
2326

Gəncədə törədilən terror hadisəsi Latviyada pislənir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması dünya ictimaiyyətini narahat edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Latviya Respublikası Seyminin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun sədri Romans Naudinşin Milli Məclisinin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinə ünvanlandığı məktubda beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilən bu terror aktı qəti şəkildə pislənilir.

Qeyd  edilir ki, dünya birliyi və beynəlxalq təşkilatlar dinc əhaliyə qarşı yönəlmiş bu cür zorakılığı qınamalıdır. Bu akt atəşkəs haqqında əldə edilmiş razılaşmadan sonra baş verib. Buna görə də bu hadisə ilə bağlı beynəlxalq səviyyədə istintaq tədbirləri aparılmalı və buna cavabdeh olan, yaşayış məntəqələrinin atəşə tutulması barədə əmr verən şəxslər müəyyən edilməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri