17 
Okt
2020
15:45
1337
29
2901
Virtual karabakh

Prezidentin köməkçisi dünya mətbuatına Gəncədəki düşmən vəhşiliyindən danışdı

17 Okt, 2020
15:45
2901

Prezidentin köməkçisi dünya mətbuatına Gəncədəki düşmən vəhşiliyindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Rusiyada akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (BBC, “Nikkei”, DPA, “Deutsche Welle”, “Al Arabia”, RAI, EFE, “Reuters”, “Financial Times”, ANSA, “Al Jazeera”, NBC, “New York Times”, NRK və s.) videoformatda mətbuat brifinqi verib.

Hikmət Hacıyev humanitar atəşkəsə əməl etməyən Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olan son təxribatları barədə geniş məlumat verib və 2020-ci ilin oktyabrın 17-də Gəncə şəhərinin SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketlər ilə hədəfə alındığını diqqətə çatdırıb.

Prezidentin köməkçisi mülki şəxslərin və infrastrukturun Ermənistan tərəfindən davamlı olaraq bilərəkdən hədəfə alındığını söyləyib, Gəncədəki son təxribatlar nəticəsində ikisi uşaq olmaqla, 13 nəfərin həlak olduğunu, 50-dən çox insanın yaralandığını və iki uşağın itkin düşdüyünü təəssüflə bildirib.

Ermənistanın Naxçıvanın Ordubad rayonuna da raketlə hücum etdiyini söyləyən Hikmət Hacıyev bununla rəsmi İrəvan tərəfindən müharibənin coğrafiyasının genişləndirilməsi istiqamətində davamlı cəhdlərin olduğunu xüsusilə vurğulayıb.

Habelə, Prezidentin köməkçisi Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini və mülki şəxsləri müdafiə etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu özündə saxladığını söyləyib.

Daha sonra H.Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri