17 
Okt
2020
18:54
1834
28
2579
Virtual karabakh

Stokholmda ordumuza dəstək aksiyası keçirildi - VİDEO

17 Okt, 2020
18:54
2579

Stokholmda ordumuza dəstək aksiyası keçirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveç Krallığının Stokolm şəhərindəki Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Sergelakaden meydanında icazəli  aksiya keçirib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin təxribatlarına, Gəncə şəhərinin yenidən raket atəşinə tutmasını və nəticədə, mülki vətəndaşların, azyaşlıların, qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər. 

Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının və Azərbaycan İsveç Federasiyasının təşəbbüsü ilə keçirilən aksiyada Stokolmda yaşayan və fəaliyyət göstərən soydaşlarımız iştirak ediblər. 

Aksiyada çıxış edənlər Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması, Gəncədə  onlarla mülki vətəndaşın, o cümlədən, günahsız körpələrin həlak olmasından təəssüf hissi keçirdiklərini bildirib, dünya ictimaiyyətini erməni terroruna göz yummamağa və Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə çağırıblar. Aksiya zamanı üzərində Qarabağ həqiqətlərini əks etdirən lövhənin olduğu maşın meydan ətrafında dövrə vurub. 

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni oxunub. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”,  “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!”, “Ermənistana inanma”, “Ermənistanın işğalına son!”, “Ermənistanın təcavüzünə son”, “Erməni terroruna son” və b. şüarlar səsləndirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri