17 
Okt
2020
21:03
1347
72
5198
Virtual karabakh

“Azərişıq” və “Azəriqaz” rəhbərləri Gəncədə erməni terroru nəticəsində dağıdılmış evlərə baş çəkib

17 Okt, 2020
21:03
5198

“Azərişıq” və “Azəriqaz” rəhbərləri Gəncədə erməni terroru nəticəsində dağıdılmış evlərə baş çəkib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Gəncə şəhərində olub və Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində dağıdılmış evlərə baş çəkib.

V.Əhmədova hadisənin şəhərin elektrik enerjisi təsərrüfatına dəymiş ziyan barədə ətraflı məlumat verilib. Sədr isə öz növbəsində dəymiş ziyanın nəticələrinin tez bir zamanda aradan qaldırılmasını üçün ərazidə işləyən “Azərişıq” əməkdaşlarına tapşırıq və tövsiyələrini verib.

Həmçinin bildirilib ki, ərazini 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün əraziyə yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur.

Qeyd edək ki, hadisə yerində Vüqar Əhmədovla birgə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də olub.

Xatırladaq ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri