18 
Okt
2020
00:42
214
965
17348
Virtual karabakh

Leyla Abdullayeva “CNN Türk”ə humanitar atəşkəsin məqsədini açıqladı - VİDEO

18 Okt, 2020
00:42
17348

Leyla Abdullayeva “CNN Türk”ə humanitar atəşkəsin məqsədini açıqladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Ermənistan arasındakı növbəti humanitar atəşkəs qərarını Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva Türkiyə mətbuatına şərh edib.

“CNN Türk” kanalının canlı efirinə qoşulan XİN rəsmisi bildirib ki, bu humanitar atəşkəsin məqsədi Azərbaycan ordusunun şəhidlərinin və qarşı tərəfin ölülərinin döyüş meydanından çıxarılması, eyni zamanda əsirlərin dəyişdirilməsidir.

L.Abdullayeva həmçinin vurğulayıb ki, hazırda əldə olunan razılığın nə qədər davam edəcəyi barəsində dəqiq məlumat verilməyib: “Bildiyiniz kimi, ayın 10-da da belə bir humanitar atəşkəs razılığı əldə olunmuşdu, amma o zaman ermənilər buna əməl etmədilər, həm dinc əhalini atəşə tutdular, həm də cəbhə xəttində yeni təxribatlar törətdilər. Bu dəfə humanitar atəşkəsin nə qədər davam edəcəyi onlardan asılıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri