18 
Okt
2020
17:18
1068
82
3648
Virtual karabakh

ANAMA: 11 ədəd “Elbrus” tipli raketin qalıqları aşkar edilib

18 Okt, 2020
17:18
3648

ANAMA: 11 ədəd “Elbrus” tipli raketin qalıqları aşkar edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günə qədər Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) 600-ə yaxın müraciət daxil olub və 200-ə yaxın partlamamış mərmi, silah-sursat aşkar edilib.

Bunu bu gün keçirilən mətbuat konfransında ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

O qeyd edib ki, ANAMA əməkdaşları sentyabrın 27-dən bu günə qədər 11 ədəd “Elbrus” tipli raketlərin qalıqlarını aşkar edib və götürüb.

Əlavə edilib ki, bu gün Xızı rayonuna raket atılması ilə bağlı saat 13:00 radələrində agentliyə məlumat daxil olub. Həmin əraziyə baş çəkilib və daha bir raketinin qalıqları aşkar edilib. Hazırda raket ərazidədir və Agentliyin əməkdaşları qalıqları götürür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri