18 
Okt
2020
23:49
1673
43
12894
Virtual karabakh

Kaliforniyada yaşayan azərbaycanlılardan ordumuza dəstək AVTOYÜRÜŞÜ - FOTO/VİDEO

18 Okt, 2020
23:49
12894

Kaliforniyada yaşayan azərbaycanlılardan ordumuza dəstək AVTOYÜRÜŞÜ - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılar Azərbaycanın Müstəqillik Günü və işğal olunmuş ərazilərin azad olunmasına dəstək məqsədilə avtoyürüş keçiriblər.

Tədbirin təşkilatçılarından biri Yasmin Bəşirova avtoyürüşlə bağlı Oxu.Az-a açıqlama verib:

“Bu gün San-Xose şəhərində toplaşmışıq ki, diasporumuzun dinc aksiyasını təşkil edək. Aksiyaya azərbaycanlılara məxsus təxminən 200 avtomobil gəlib və onların üzəri Azərbaycan bayraqları, “KarabakhİsAzerbaijan”, “StopArmenianAgression” və s. müxtəlif şüarlar və stikerlərlə bəzədilib.

Bununla yerli sakinlərin diqqətini çəkmək istəyirik. Bu, bizim San-Xosedəki yerli Azərbaycan icmasının ən böyük toplantısıdır. Düşünürəm ki, bizim bu birliyimiz gələcəkdəki növbəti tədbirlər üçün yaxşı rol oynayacaq.

Növbəti həftənin bazar günü başqa bir tədbir etməyi də planlaşdırırıq. 11 ildir ki, Amerikada yaşayıram, ilk dəfədir ki, bu qədər azərbaycanlını bir yerdə görürəm. Çox şadam ki, biz birlikdəyik, birik və belə bir tədbir təşkil edə bilmişik”.

Avtoyürüş San-Xose ilə San-Fransisko şəhərlərinin arasında təşkil olunub.

 

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri