19 
Okt
2020
17:30
132
915
22302
Virtual karabakh

Ermənilərin Gəncə terrorunda sağ qalan balaca Xədicədən xəbər var - VİDEO

19 Okt, 2020
17:30
22302

Ermənilərin Gəncə terrorunda sağ qalan balaca Xədicədən xəbər var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncənin raket atəşinə tutulması nəticəsində daha bir ailə dağıntılar altında qalıb. Ailədən yalnız Xədicə sağ qaıb.

Atası Röyal Şahnəzərov, ana Züleyxa Şahnəzərova və yaş yarımlıq Mədinə Şahnəzərova vəfat ediblər. 3 yaşlı Xədicə Şahnəzərova isə hazırda müalicə alır.

“Sputnik Azərbaycan”ın bölgə müxbiri Gəncə şəhərindəki hospitala gedərək möcüzə nəticəsində sağ qalan üç yaşlı Xədicənin xalası ilə söhbət edib.

2020-ci il oktyabrın 18-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə şəhərinə ballistik raketlərlə hücum ediblər.

Raket zərbəsi nəticəsində 13 nəfər həlak olub, 52 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Həlak olanlar və yaralananlar arasında qadınlar və uşaqlar var.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri