20 
Okt
2020
15:55
2094
17
6365
Virtual karabakh

İlham Əliyev Ermənistanın məhv edilən növbəti hərbi texnikasının siyahısını açıqladı

20 Okt, 2020
15:55
6365

İlham Əliyev Ermənistanın məhv edilən növbəti hərbi texnikasının siyahısını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz düşmənin olan qalan hərbi texnikasını məhv etmişik, bundan sonra da məhv edəcəyik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib.

İlham Əliyev Azərbaycan ordusu tərəfindən düşmənin məhv edilən hərbi texnikasının daha bir hissəsi açıqlayıb:

“Düşmənin 241 ədəd tankı, 50 piyadaların döyüş maşını, 17 özü yeriyən artilleriya qurğusu, 198 müxtəlif çaplı topları, 58 minaatan qurğu, 53 tank əleyhinə vasitə, 70 Qrad qurğusu,  2 “Uraqan” sistemi, 2 Yars sitemi, bir ədəd TOS odsaçan, dörd ədəd “S-300” zenit raket kompleksi, 3 ədəd TOR zenit raket kompleksi, 40 ədəd OSA zenit raket kompleksi, 5 ədəd KUB zenit-raket kompleksi, altı ədəd pilotsuz uçuş aparatı (PUA), 2 ədəd əməliyyat taktiki raket kompleksi “Elbrus”, 1 ədəd ballistik raket, bir ədəd “TOÇKA-U”, səkkiz ədəd radioelektron mübarizə sistemləri, 198 yük avtomobilləri məhv edilib. Onlardan 15-i silah-sursatla dolu olub”.

Prezident düşməndən qənimət götürülən hərbi texnikadan da danışıb:

“Düşməndən 39 tank, 24 piyadaların döyüş maşını, 12 minaatan qurğu, 25 qumbaraatan, 102 yük maşını Azərbaycan silahlı qüvvələri tərəfindən götürülüb. Bu gün əsgərlərimiz düşmənə öz tanklarından atəş açaraq onları məğlub edirlər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri