21 
Okt
2020
13:04
638
9
3312
Virtual karabakh

“ENGİNET” şirkəti “Güc BİRLİKdədir” deyib Gəncədə yaralanan uşaqlara yardım göndərdi - FOTO

21 Okt, 2020
13:04
3312

“ENGİNET” şirkəti “Güc BİRLİKdədir” deyib Gəncədə yaralanan uşaqlara yardım göndərdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın müxtəlif ağır artilleriya silahları ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumları davam edir.

Bununla əlaqədar, telekommunikasiya xidmətlərinin təminatçısı olan “ENGİNET” şirkətinə məxsus “BIRLink” brendi “Güc BİRLİKdədir” şüarı altında 11 oktyabrda Ermənistan silahlı güvvələrinin Gəncədə törətmiş raket atəşi nəticəsində zərər çəkən və xəsarət alan ailələrə dəstək olaraq 15-dən çox yaralanan uşaqlara oyuncaq, isti geyim, ayaqqabı, məktəb ləvazimatı və dərs vəsaitlərindən ibarət yardım payları çatdırdı. 

“ENGİNET” şirkəti hazırda xalqımızın və bütün dünya azərbaycanlılarının ruh yüksəkliyi və birlik nümayiş etdirməsini yüksək qiymətləndirir və belə həmrəylik ab-havasının Milli Ordumuza dəstək olacağına inanır. Tezliklə Qələbə bizim olacaq!

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri