21 
Okt
2020
19:21
3024
31
11681
Virtual karabakh

Anar Eyvazov: “Düşmənin 30 il ərzində qurduğu istehkamlar dağıdılıb”

21 Okt, 2020
19:21
11681

Anar Eyvazov: “Düşmənin 30 il ərzində qurduğu istehkamlar dağıdılıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən müddət ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov cəbhədəki son vəziyyətlə bağlı brifinqdə bildirib.

O qeyd edib ki, Ordumuz tərəfindən aparılan əks-hücum nəticəsində düşmənin 30 il ərzində qurduğu istehkamlar dağıdılıb.

“Bundan əlavə, düşmənin çox sayda texnikası və canlı qüvvəsi məhv edilib, muzdlu döyüşçülərin təcrübəsi heç nəyə yaramır, idarəetmələri iflic vəziyyətindədir. Bu gün həm də düşmənin altı ədəd PUA-sı sıradan çıxarılıb”, - deyə MN rəsmisi qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri