22 
Okt
2020
14:16
976
55
6140
Virtual karabakh

Ön cəbhəyə yollanan bütün hərbçilər COVID-19 testindən keçirilir - AÇIQLAMA

22 Okt, 2020
14:16
6140

Ön cəbhəyə yollanan bütün hərbçilər COVID-19 testindən keçirilir - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara icazə verilir”.

Bunu AzTV-nin efirində yayımlanan “Gün başladı” verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

O bildirib ki, cəbhəyə yollanan şəxslər arasında COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb:

“Çağırışçılar, ön cəbhəyə gedən hər bir kəs sağlam olmalıdır. Çünki bu, çox ciddi məsələdir. Odur ki, bu istiqamətdə nazirlik tərəfindən yoxlamalar gücləndirilib”.

P.Abubəkirov onu da qyed edib ki, hər ana öz övladını yola salarkən bağrına basmaq, qucaqlamaq istəyir, lakin mümkün qədər bu normalara riayət etmək lazımdır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri