22 
Okt
2020
20:27
1733
37
9737
Virtual karabakh

Kəndi işğaldan azad olan Şəhriyar Məmmədyarov: “Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur”

22 Okt, 2020
20:27
9737

Kəndi işğaldan azad olan Şəhriyar Məmmədyarov: “Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Genlik kəndi geri alındı! Atamın, babamın ve ulu babalarımın kəndi. Mənim doğma və həsrətini çəkdiyim keçmişim artıq bu günüm və gələcəyimdir”.

Bu sözləri qrossmeyster Şəhriyar Məmmədyarov sosial şəbəkədə yazıb. Zəngilanın Genlik kəndinin ordumuz tərəfindən işğaldan azad olunması xəbərinə sevinən şahmatçı bildirib:

“Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur. İnanıram ki, 2020-ci ildə hər bir vətən həsrəti çəkən azərbaycanlı öz torpağına qayıdacaq. Yaşasın Azərbaycan əsgəri! Yaşasın millətimiz və tarix yazan hökumətimiz!”

Şah onunla şahmat oynamaq istəyənlərə də səslənib:

“Kim Genlik kəndində gənclik edib mənimlə şahmat oynamaq istəyirsə, indidən yazsın”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri