23 
Okt
2020
02:05
1560
96
23876
Virtual karabakh

Dünya şöhrətli həmyerlimiz Vətənə dəstəyini bildirdi - VİDEO

Azərbaycan əsilli, ABŞ-da yaşayan bodibilder və idmançı Bahar Nəbiyeva Azərbaycanı dəstəkləyib.

Bodibilder üç milyonluq “İnstagram” səhifəsində video paylaşıb.

Videoda müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və ölkəmizin dinc mülki əhalisini hədəfə almasını dünyaya çatdırıblar.

B.Nəbiyeva paylaşımda qeyd edib ki, bu il bütün dünyada sözün əsl mənasında çılğın hadisələr baş verib və ona görə də hər zaman dəstəyini ifadə etdiyi ana vətəni Azərbaycanın onun köməyinə ehtiyacı var.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri