23 
Okt
2020
11:32
662
16
1503
Virtual karabakh

Vəkillər Kollegiyası dünya vəkillərinə müraciət etdi

23 Okt, 2020
11:32
1503

Vəkillər Kollegiyası dünya vəkillərinə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabr ayının 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatı davam etməkdədir.

Azərbaycan əsgəri günbəgün işğal altında olan torpaqlarımızı düşməndən azad edir.

Bu müddət ərzində Ermənistan silahlı birləşmələri tərəfindən beynəlxalq humanitar hüquq kobudcasına pozularaq, Ermənistan Respublikasının ərazisindən Azərbaycan əhalisinin sıx yerləşdiyi yaşayış məntəqələri, mülki obyektlər və strateji enerji infrastrukturları məqsədyönlü şəkildə raket atəşinə məruz qalıb və ciddi ziyan görüb, qadağan olunmuş silah və sursatlardan istifadə edilib, münaqişəyə müxtəlif yerlərdən terrorçu qruplaşmalar cəlb edilib, iki dəfə razılaşdırılıb və elan olunmuş humanitar atəşkəs pozulub.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətini beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, toplam 150-dən çox beynəlxalq təşkilata ünvanlayaraq, Ermənistan Respublikası tərəfindən həyata keçirilən müharibə cinayətlərinə qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırıb.

Bundan əlavə, beynəlxalq media nümayəndələrinin və Ermənistan Respublikası rəsmilərinin səsləndirdiyi iddialara Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cavabı da həmin müraciətə əlavə olunub.

Qeyd olunan müraciət üç dildə ictimaiyyətin diqqətinə təqdim edilir:

PDF Aze

PDF Eng

PDF Ru

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri