23 
Okt
2020
22:23
1567
25
3481
Virtual karabakh

Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib - FOTO/VİDEO

23 Okt, 2020
22:23
3481

Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İRS - Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Estoniyanın paytaxtı Tallin şəhərində yaşayan soydaşlarımız Azadlıq meydanında icazəli etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiyada Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini dəfələrlə raket atəşinə tutmasının beynəlxalq humanitar hüquqa zidd olduğu bir daha vurğulanıb.

Aksiya iştirakçıları mülki şəxslərin Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə hədəfə alındığını, nəticədə günahsız insanların həlak olduğunu Estoniya ictimaiyyətinin diqqətinə çatdırıblar. Soydaşlarımız  Ermənistanın təcavüzkar və terrorçu siyasətinə son qoyması üçün Estoniya hökumətini, eləcə də  Estoniya ictimaiyyətini erməni vəhşiliyinə biganə qalmamağa səsləyiblər.

Aksiya zamanı Gəncə terrorunun qurbanı olan mülki şəxslərin xatirəsini yad etmək üçün onların şəkilləri önünə gül dəstələri və oyuncaqlar qoyulub. 

Aksiyada eston və ingilis dillərində “Qarabağ Azərbaycanındır!”, “Biz terrora yox deyirik!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Gəncə üçün dua et!”, “Azərbaycan ədalət tələb edir”, “Aqressiyaya son!”, “Erməni yalanlarına son”, “Erməni terroruna yox deyirik!”, “Uşaq ölümünə yox deyirik”, “BMT qətnamələrinə əməl et”, “Terrorizmin maliyyələşdirilməsinə son!”, “İşğalçı dövləti dəstəkləməyin” kimi şüarlar səsləndirilib.

Həmçinin “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev Estoniya Dövlət Televiziyasına Qarabağ həqiqətləri və Gəncə terroru barədə müsahibə verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri