24 
Okt
2020
01:52
1321
50
39822
Virtual karabakh

“Boz zona”nın Qarabağdakı qanunsuzluğunun sonu - VİDEO

24 Okt, 2020
01:52
39822

“Boz zona”nın Qarabağdakı qanunsuzluğunun sonu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağda işğal altındakı torpaqların azad edilməsi əməliyyatı nəinki Azərbaycanın hərbi potensialının Ermənistandan qat-qat güclü olduğunu göstərdi, eyni zamanda Ermənistanın Avropada Adi Silahların Məhdudlaşdırılması Müqaviləsini pozduğunu sübut etdi. 

Bu müqaviləyə görə Ermənistan ordusu maksimum 220 tanka malik ola bilər. Bununla yanaşı, Ermənistan cəmi 145 tankının olduğunu elan etmişdi. 

Bəs bu rəqəmlər hazırkı real döyüş şəraiti ilə uyğunlaşırmı?

Azərbaycan tərəfinin rəsmi məlumatlarına görə, döyüşlərin ilk 20 günündə Ermənistan ordusu 280 ədəd tankını itirib, bunlardan 241-i məhv edilib, 39-u isə Azərbaycan Ordusu tərəfindən hərbi qənimət kimi götürülüb. Bütün bunlar Azərbaycan tərəfinin yaydığı yüzlərlə video ilə sübut edilir. 

Bu onu göstərir ki, Ermənistan işğal etdiyi torpaqları qanunsuz silah alveri və narkotrafik üçün nəzarətsiz "boz" zonaya çevirib. Azərbaycan ordusunun əməliyyatları zamanı ələ keçirilən silahlar və narkotik maddələr ermənilərin qanunsuz əməllərini sübuta yetirir. İşğal olunmuş torpaqların azad olunması Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı regional təhlükəsizliyə də töhfə verir.

Məsələ ilə bağlı “Caliber” “Youtube” kanalında maraqlı süjet hazırlanıb. 

Həmin süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri