24 
Okt
2020
14:08
890
23
2620
yuxarı
Azərbaycanlılar “The Guardian” nəşrinin binası qarşısında aksiya keçiriblər
24 Okt, 2020
14:08
2620
890
23
Azərbaycanlılar “The Guardian” nəşrinin binası qarşısında aksiya keçiriblər
Londondakı azərbaycanlılar “The Guardian” nəşrinin binası qarşısında aksiya keçiriblər. Tədbirdə, aksiya iştirakçıları əllərində “The Guardian”, Azərbaycanı da dinlə”, “The Guardian”, obyektiv ol”, “The Guardian”, Azərbaycana da söz haqqı ver” kimi şüarlar yazılan plakatlar qaldırıblar. Daha sonra nəşrə ünvanlanan məktub “The Guardian”ın əməkdaşına təqdim edilib.
Məktubda “The Guardian”da yayımlanan xəbərlərdə ermənilərin mövqeyindən çıxış edilməsi, Azərbaycana söz haqqı verilməməsi qınanılıb. Bildirilib ki, Britaniyanın tanınmış nəşrlərindən olan “The Guardian” tərəf tutmamalı, işğalçı Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını atəşə tutmasına, uşaqların öldürülməsinə səssiz qalmamalıdır.