25 
Okt
2020
02:17
1204
42
4070
Virtual karabakh

Azadlığın dadını duyan Cəbrayıl sakinləri - VİDEO

25 Okt, 2020
02:17
4070

Azadlığın dadını duyan Cəbrayıl sakinləri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bugünlərdə qəlbi Azərbaycanla döyünən hər kəsin tək arzusu, tək diləyi var.

Hər bir azərbaycanlı düşmən əsirinə çevrilmiş Qarabağı azad etmək, öz tarixi ərazisinə qovuşdurmaq arzusundadır. 30 ildir qələbəyə susamış bu xalq, hər dəqiqə qələbə xəbərləri gözləyir, hər gün zəfər müjdəsi alır.

Elə 89 yaşlı Cəbrayıl sakini Nüsrət baba və onun ömür gün yoldaşı 82 yaşlı Gülöyşə nənə kimi.

Hər bir məcburi köçkün “Qarabağ alındı”, “Qarabağ Azərbaycandır”, “Böyük qayıdış başlanır” sözlərini gözləyir.

Bu sözlər artıq nə yuxu, nə xəyal, nə də bir arzudur. Bu, elə çox yaxında həyata keçəcək bir reallıqdır.

Cəbrayıldan, Zəngilandan, Füzulidən, Hadrutdan, Xudafərin körpüsündən başlanan reallıq…

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri