25 
Okt
2020
11:43
1263
40
7140
Virtual karabakh

Baş Prokurorluqdan hərbçilərimizlə bağlı məsuliyyətsiz paylaşımlar barədə XƏBƏRDARLIQ - VİDEO

25 Okt, 2020
11:43
7140

Baş Prokurorluqdan hərbçilərimizlə bağlı məsuliyyətsiz paylaşımlar barədə XƏBƏRDARLIQ - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluq müharibə vəziyyəti ilə bağlı sosial şəbəkə istifadəçiləri və bəzi kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.

Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun və hərbiçilərimizin əməliyyatları ilə bağlı foto, video və informasiyaların paylaşılması, eləcə də, döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılaraq hadisələri qabaqlamağa çalışma cəhdləri müşahidə olunur.

Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır.

Nəzərə çatdırırıq ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri