25 
Okt
2020
21:03
1801
27
8628
Virtual karabakh

Prezidentin köməkçisi erməni komandirlərin əməlini ifşa etdi: “Uşaq bağçasında iclas keçirirlər” - FOTO

25 Okt, 2020
21:03
8628

Prezidentin köməkçisi erməni komandirlərin əməlini ifşa etdi: “Uşaq bağçasında iclas keçirirlər” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğal edilmiş torpaqlarımızda Ermənistan Silahlı Qüvvələri komandirlərinin uşaq bağçasında iclas keçirməsinə münasibət bildirib.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

“Fotodan görünür ki, Ermənistan Silahlı Qüvvələrinin komandirlərinin görüşü uşaq bağçasında keçirilir. Onlar uşaqların həyatını riskə ataraq, hərbi qərargahı uşaq bağçasında gizlədiblər. Dinc əhalini raketlərlə öldürən hərbi cinayətkardan başqa nə gözləmək olardı ki? Vicdan əzabı çəkmirlər”, - deyə H.Hacıyev bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri