26 
Okt
2020
17:26
36
1292
11440
Virtual karabakh

Düşmənin Tərtərə atdığı mərmi evi dağıtdı - FOTO

26 Okt, 2020
17:26
11440

Düşmənin Tərtərə atdığı mərmi evi dağıtdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 25-də düşmən rayonun Düyərli kəndi ərazisini ağır artilleriya atəşinə tutub. Top mərmilərindən biri kənd sakini Elməddin Abbasovun evinə düşüb. Nəticədə evə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Bu gün saat 15:30-da növbəti dəfə Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini toplardan atəşə tutub.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub. Səhər saatlarından başlayaraq düşmən rayonun Qazyan kəndinə top mərmiləri ataraq dinc sakinləri hədəfə alıb.

Nəticədə kənd sakinləri - Yasin Cəfərov və Fənər Balakişiyevanın evlərinə mərmilər düşüb və külli miqdarda ziyan dəyib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri