26 
Okt
2020
20:17
72
2063
12080
Virtual karabakh

Ermənilərin atdığı mərmilər Ağdamda körpələr evinə düşdü - FOTO

26 Okt, 2020
20:17
12080

Ermənilərin atdığı mərmilər Ağdamda körpələr evinə düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan yeni humanitar atəşkəsi pozmağa davam edir.

APA-nın məlumatına görə, Ermənistan Silahlı Qüvvələri bu gün saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs razılaşmasını pozaraq, növbəti dəfə mülki obyektləri, məktəb və körpələr evini hədəfə alıb.

Ermənilərin atdığı mərmilər Ağdam rayonunun Baharlı köçkün qəsəbəsində körpələr evinə düşüb. Nəticədə körpələr evinin binası dağılaraq, yararsız hala düşüb.

Körpələr evinin müdiri İlhamə Bağırova bildirib ki, burada 35 azyaşlı tərbiyə alır, 15 nəfər tərbiyəçi müəllim və texniki işçi var:

“Cəbhə bölgəsində yaşadığımız üçün son günlər fəaliyyətimizi dayandırmışıq. Çünki ermənilərin yaşayış evlərini, təhsil ocaqlarını atəşə tutduğunu bilirik. Bu səbəbdən də bugünkü atəş nəticəsində xəsarət alan olmayıb”.

İ.Bağırova yaşadıqları evə də mərmi düşdüyünü deyib:

“Mənim evimə də mərmi düşüb. Özüm də şəhid bacısıyam. Bütün malımız, var-dövlətimiz bu dövlətə, bu orduya qurbandır”.

Qeyd edək ki, bu gün ermənilər Ağdam rayonunun Qaradağlı kənd tam orta məktəbini də artilleriya atəşinə tutub. Məktəbə ciddi ziyan dəyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri