26 
Okt
2020
19:19
176
1404
3243
Virtual karabakh

Müdafiə Nazirliyi: “Bu gün yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb”

26 Okt, 2020
19:19
3243

Müdafiə Nazirliyi: “Bu gün yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunun bu gün saat 08.00-dan humanitar atəşkəs rejiminə əməl etdiyini bildirib:

O, qeyd edib ki, Ermənistan saat 08.05 radələrindən başlayaraq müxtəlif istiqamətlərdə humanitar atəşkəs rejimini pozub:  

“Bu gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb. Canlı qüvvə ehtiyatı tükənən düşmən könüllüləri, muzdlu döyüşçüləri və uşaqları cəlb edir. Nizami Ordumuz düşmən tərəfindən istənilən hücum və təxribatların qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri