26 
Okt
2020
21:48
2513
89
25039
Virtual karabakh

Ermənistandan Qarabağa gətirilən silahlılar: “Biz heç kimə lazım deyilik” - VİDEO

26 Okt, 2020
21:48
25039

Ermənistandan Qarabağa gətirilən silahlılar: “Biz heç kimə lazım deyilik” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın müxtəlif bölgələrindən Qarabağda döyüşmək üçün gətirilən silahlılar artıq etiraz edib, səslərinin eşidilməsini istəyirlər. Onlar aldadıldıqlarını, ac-susuz qaldıqlarını deyirlər.

Belə videolardan birini çəkən şəxs yaşadıqlarını şərh edir:

“Ay camaat, baxın, artıq ikinci gündür... bu Armavir (polis) bölməsidir, qalanları da başqa rayonların bölmələridir. Qalmışıq yağışın altında. Üçüncü gündür, ac-susuz burada qalmışıq. Çörəyimiz yoxdur, burada nə əsgər var, nə də ki başqa adamlar. Bizi bura atıb gediblər. Biz heç kimə lazım deyilik. Görün nə vəziyyətdəyik. Artıq üçüncü gündür hamımız bu vəziyyətdəyik. Uşaqlar, gəlin silahlarımızı götürüb aşağı enək. Polis nə etsin? Belə yerdə qalmaq olar? Baxın vəziyyətimizə”.

Sözügedən videonu təqdim edirik: 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri