28 
Okt
2020
09:57
38
970
10774
Virtual karabakh

Ermənistan ərazisindən Azərbaycanın dörd rayonu atəşə tutulub - RƏSMİ

28 Okt, 2020
09:57
10774

Ermənistan ərazisindən Azərbaycanın dörd rayonu atəşə tutulub - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri