28 
Okt
2020
12:27
827
24
3105
Virtual karabakh

“Azərbaycan dilində heç bir söz Qarabağ qədər ağrı və duyğulu deyil” - Vətən Müharibəsinə bir nəzər

28 Okt, 2020
12:27
3105

“Azərbaycan dilində heç bir söz Qarabağ qədər ağrı və duyğulu deyil” - Vətən Müharibəsinə bir nəzər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük britaniyalı, Beynəlxalq media mütəxəssisi və təlimçisi Den Meyson Azərbaycanın Vətən Müharibəsindən və burada olduğu müddətdəki xatirələrindən danışıb.

O, bu barədə “Vətən Müharibəsi: “Nə üçün azərbaycanlılar Qarabağa qayıtmaq istəyir?” adlı məqalə qələmə alıb. 

D.Meyson Azərbaycana ilk gəldiyi vaxtda Bərdədə olduğunu bildirib:

“Bizim maşın oraya yaxınlaşanda düzənlikdə bir bina gördüm. Bir neçə uşaq park olunan maşınların arasında oynayırdı. Öyrəndim ki, bu, Qarabağdan olan məcburi köçkünlər üçün bir şəhərcikdir”.

D.Meyson qeyd edib ki, bir aydır davam edən Qarabağ müharibəsi ilə bağlı Azərbaycanda internetin verilməsində məhdudiyyətlər var:

“Buna baxmayaraq, mən orada dostlarımdan məlumat ala bilirəm. Dostum Elmir dedi: “Sizə gec cavab verdiyim üçün üzr istəyirəm, ermənilərin hücumu nəticəsində dayımı və əmimi itirmişəm. Dayımın dörd övladı vardı”.

Digər dostum Zəka ilə isə əlaqə saxlayanda sevincli idi:

“Yaxşı xəbər odur ki, doğma vətənim Zəngilan erməni işğalından azad edilib. Siz təsəvvür edin, 27 ildən sonra doğulduğum vətənimizi ziyarət etmək şansımız olacaq. Bu, əla bir hissdir, sizi Zəngilanımda qonaq edəcəyəm”.

O, Azərbaycanda təlim keçən zaman işlədiyi qruplardan insanların əksəriyyətinin Qarabağ zonasından olduğunu qeyd edib:

“Onlar həmişə itkini və haqsızlığı izah edirdilər. Azərbaycan dilində heç bir söz Qarabağ qədər ağrı və duyğulu deyil”.

Təlimçi Bakıdakı binalarda, ölkədə yetişən meyvələrdən və samovar çayından yazıb...

 “Azərbaycanlılarda elə bir hiss var ki, əgər biz bu torpaqlar üçün indi ölməsək, bizim uşaqlarımız onun üçün ölməlidir”, - deyə D.Meyson qeyd edib.

Təlimçinin məqaləsi ilə bu keçiddən tanış ola bilərsiniz.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri