28 
Okt
2020
16:05
644
17
3827
Virtual karabakh

Anar Kərimov: “Düşmənin vandalizmi İslamın təhqiridir”

28 Okt, 2020
16:05
3827

Anar Kərimov: “Düşmənin vandalizmi İslamın təhqiridir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğal olunan ərazilərdə mədəni abidələrimiz qarət edilib, məhv edilib”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Mədəniyyət Nazirinin birinci müavini Anar Kərimov ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, işğal olunan ərazilərdə ermənilər tərəfindən 927 kitabxana və içində 4,6 milyon kitab məhv edilib:

“Həmçinin, 808 mədəniyyət mərkəzi, 25 musiqi məktəbi, muzeylər məhv edilib. Dörd teatr, dörd qalereya, dörd konsert zalı, səkkiz mədəniyyət və əyləncə parkları qarət edilib. Bunların qiyməti yoxdur. Eyni zamanda, bu abidələrinin mənşəyinin və təyinatının dəyişdirilməsinə dair faktlar var”.

O qeyd edib ki, ermənilər yalnız Azərbaycanın mədəni irsinə zərər vurmayıblar:

“Azərbaycanlılar adət-ənənələrindən istifadə hüququndan da məhrumdurlar. Bildiyiniz kimi, ermənilərin münaqişə zonasından kənarda yerləşən Gəncəyə hücumu nəticəsində xeyli insan ölüb, yaralanıb. Həmçinin, XVII əsrə aid olan gimnaziya dağıdılıb, İmamzadə zərər görüb”.

Məscidlərdə mal-qaraların saxlanılması beynəlxalq hüququn pozulması ilə yanaşı, İslam dünyasına təhqirdir:

“Ümid edirik ki, bu vandalizm aktı lazımınca pislənəcək. İşğaldan azad edilən yerlərdə olan abidələrlə bağlı “Biz bərpa edəcəyik” adlı layihə həyata keçiriləcək”.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların üzərlərinə düşən missiyanı yerinə yetirəcəklərinə ümid edirlər:

“Onlar Ermənistanın işğal altında olan mədəni və tarixi abidələrimizi nişan olaraq seçib vurmasını dayandırmağa çalışacaqlar. Bu məlumatı beynəlxalq ictimaiyyətin gündəliyinə gətirdik. Bu insanlıq əleyhinə olan terror aktıdır”, - deyə A.Kərimov əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri