29 
Okt
2020
12:27
695
13
1883
Virtual karabakh

İcra başçısı: “Düşmən istəyinə nail olmayıb, bunlar bizi sarsıda bilməz”

29 Okt, 2020
12:27
1883

İcra başçısı: “Düşmən istəyinə nail olmayıb, bunlar bizi sarsıda bilməz”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Erməni silahlı qüvvələrinin Bərdəni atəşə tutduğu yer ticarət mərkəzləri olan ərazidir. Burada nəqliyyatın intensivliyi çox olduğu üçün seçilib”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 26 marketə, 30-a qədər maşına, infrastruktura, dövlət qurumlarına və evlərə zərər dəyib:

“Bilərəkdən insanların çox olduğu yerə raket atılıb. Hərəkətdə olan iki nəqliyyata qəlpə düşüb və insanlar həlak olub”.

O qeyd edib ki, 21 mülki şəxs vəfat edib, 70-ə yaxını yaralanıb:

“Ağır yaralılar var. Üç nəfər Bakı şəhərində yerləşən xəstəxanalara göndərilib. Yaralılardan digər rayonların xəstəxanasına da təxliyyə olunanlar var”.

“Düşmən istəyinə nail olmayıb. Bunlar bizi sarsıda bilməz. Biz ordumuzun gücünə inanırıq”, - deyə icra başçısı əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri