29 
Okt
2020
13:06
40
600
5057
Virtual karabakh

Bərdə Olimpiya İdman Kompleksi ermənilərin atəşi nəticəsində tam yararsız hala düşdü - FOTO

29 Okt, 2020
13:06
5057

Bərdə Olimpiya İdman Kompleksi ermənilərin atəşi nəticəsində tam yararsız hala düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb.

Bərdə şəhərinə növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən endirilən raket zərbəsindən sonra bir çox mülki obyektlərlə yanaşı, Bərdə Olimpiya İdman Kompleksinə dəyən ziyan nəticəsində, kompleks tamamilə yararsız hala düşüb. 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxıb.

Bərdə Olimpiya İdman Kompleksinin direktoru Qabil Məmmədovun Oxu.Az-a verdiyi məlumata görə, xoşbəxtlikdən işçilər arasında zərərçəkən yoxdur. Ancaq,  ilkin hesablamalara əsasən, kompleksə yüz minlərlə manat dəyərində ziyan dəyib.  

Qeyd edək ki, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan, beynəlxalq standartlara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib.

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri