29 
Okt
2020
17:35
30
855
7680
Virtual karabakh

Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ

29 Okt, 2020
17:35
7680

Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. 

Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri