Noy
2020
12:58
1004
32
9132
Virtual karabakh

“Yuxuların çin olduğu yerdə”: Qubadlının görməli yerləri ilə tanışlıq - VİDEO

Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Qubadlının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb.

Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi “Twitter” səhifəsində paylaşım edib.

“30 il ərzində erməni vandalizmi nəticəsində bir çox turizm məkanlarımız viran edilib. Qələbədən sonra Qarabağın turizm potensialı inkişaf etdiriləcək”, - deyə Fuad Nağıyev qeyd edib.

Çarxda Qubadlının gəzməli-görməli yerləri, o cümlədən, XIX əsrə aid olan məşhur “Hacı Bədəl körpüsü”, 1867-ci ildə Bərgüşad çayının üzərində altı oval, üstü düz bir formada inşa edilən  Laləzar körpüsü, ХVIII əsrə aid  edilən Məmər kəndindəki tarixi məscid, Azərbaycanın  səkkizguşəli türbələri arasında unikal formaya malik “Gürcülü türbəsi”, Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşhədi Allahverdi bulağı kimi müalicəvi bulaqlar, VI və VII əsrlərə aid alban abidələri, Qubadlının simvolu hesab edilən özünəməxsus qoç heykəllər və qoç qəbir daşları, V əsrə aid Göy Qala, Qalalı kimi qədim qalalar haqqında məlumatlar təqdim olunur.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri